Türkiyədən "Yunanıstan" BƏYANATI: "Türklərə etdikləri zülmü...

Baxış sayı:
67

Türkiyə XİN rəsmisi Hami Aksoy Yunanıstan Prezidenti Prokopis Pavlopoulosun 1915-ci il hadisələri ilə əlaqədar Ermənistana etdiyi səfərdə verdiyi açıqlamalara cavab olaraq açıqlama verdi.
Muxalifet.az 
bu barədə "Milliyet"ə istinadla məlumat verir.

O, "Yunanistanın Osmanlı İmperiyasının parçalandığı dövrdə müstəqillik qazandığı dönəmdə və daha sonra bölgədəki türkləri və müsəlmanları sistematik şəkildə məhv etməsi tarixi həqiqətdir və bu zülmü  unutmamışıq", deyərək ona cavab verib. Yunanıstanın “bu gün də ölkəsindəki türk azlığına qarşı insani dəyərlərdən uzaq əməllər, cümə namazları qıldırdıqları üçün imamları həbs edəcək qədər pis davranış tərzi göstərdiklərini vurğulayan Aksoy bunları bildirdi:
“Türkiyə tarixdən düşmənçilik deyil, sülh və əməkdaşlığa doğru nəticələr çıxarır və Yunanıstana xatırladır ki, ölkəmizin əleyhinə fəaliyyətə kömək etmək ona heç bir fayda verməyəcək”.   
Muxalifet.az