Türkiyədən “Vaşinqton Post”-a PKK məktubu

Baxış sayı:
7663

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç “Vaşinqton Post” qəzetinin redaktorlarına məktub göndərərək dərc etdikləri yazı üzərindən PKK təbliğatı edilməsini tənqid edib.
 
“Vaşinqton Post” ötən həftələrdə PKK-nın terrorçubaşı Cəmil Bayıkın yazısını dərc etməsini tənqid edən səfir Sərdar Kılıçın məktubunu dərc edib.
"Vaşinqton Post bir terrorçunun ifadələrinə niyə  yer verdi" başlıqlı məktubda terrorçubaşı Cəmil Bayıkın yazısını gördüyündə "şok olduğunu" ifadə edən Kılıç, Bayıkın "Türkiyədəki ən vəhşi terror hücumlarını reallaşdıran PKK-nın qurucularından biri" olduğuna vurğu edib.
Kılıç ABŞ Xarici İşlər Nazirliyi tərəfindən Bayıkın başına 4 milyon dollar pul mükafatı qoyulmasına diqqət çəkərək özü və Türk xalqı tərəfindən dərc olunan yazıya göstərilən qəzəbin “Vaşinqton Post” qəzetinin oxucularına və Amerikan xalqına bildirilməsinin lazım olduğunu ifadə edib.
 
"BİN LADİNİN MƏQALƏSİNİ OXUSAYDINIZ NƏ HİSS EDƏRDİNİZ?"
 
PKK-nın 40 min insanı öldürməsi ilə yanaşı, Türkiyə, ABŞ, NATO və Avropa Birliyi ölkələri tərəfindən də terror təşkilatı olaraq tanındığını ifadə edən Kılıç, bunları qeyd edib: "Müasir tarixin ən qanlı terror təşkilatlarından birini siyasi bir hərəkat və liderlərini qanuni həmsöhbətlər olaraq göstərmək yalnız qəbul edilməz deyil, eyni zamanda təhlükəli bir əmsal təşkil etməkdədir. Sizi əmin edərəm ki, Amerikan vətəndaşları Usamə bin Ladin tərəfindən qələmə alınmış bir məqaləni oxumuş olsa, nə hiss edəcəksə, Türk xalqı bu məqaləni oxuyunca, eyni şeyləri hiss etdi".
Qeyd edək ki, “Vaşinqton Post” 5 iyunda PKK terror təşkilatının terrorçubaşı Cəmil Bayık tərəfindən yazılmış bir yazı dərc etmişdi.
Müxalifət.az