Türkiyədən uyğur türkləri ilə bağlı - Bəyanat

Baxış sayı:
6280

Çini uyğur türklərinin insan haqlarına hörmət etməyə və düşərgələri bağlamağa dəvət edirik.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Nazirlik çinlilərin uyğur türklərinə qarşı sistemli şəkildə assimilyasiya siyasətinin böyük utanc olduğunu bildirib, məsələnin Çin hökuməti tərəfindən diqqət mərkəzində saxlanılması istənilib.
Qeyd edək ki, Çin hökuməti əksəriyyəti uyğur türklərindən ibarət olan 23 milyon müsəlman üçün mərkəzlər yaradıb.