Türkiyədən Trampın qərarına ilk reaksiya

Baxış sayı:
5164

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Qolan təpələrinin İsrail ərazisi kimi tanınması qərarına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə XİN rəhbəri Tvitter hesabında yazıb.
“ABŞ növbəti dəfə beynəlxalq hüququ yox saydı. Ancaq bu qərar İsrailin ilhaqını əsla qanuniləşdirməyəcək. Əksinə, Yaxın Şərqdəki sülh cəhdlərini əngəlləyərək, bölgədə gərginliyi daha da artıracaq”, - Çavuşoğlu bildirib.