​Türkiyədən Tramp barəsində cinayət işi...

Baxış sayı:
3910

Türkiyəli vəkil Səlim Murad Çakın ABŞ Prezidenti Donald Tramp barəsində cinayət işinin açılmasını istəyib.
Muxalifet.az xəbər verir ki, Çakın FETÖ və PKK adına casusluq etməkdə günahlandırılan keşiş Endryu Bransonun azadlığa buraxılmasını tələb edən Trampın cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib.
Bundan əlavə, vəkil qeyd edib ki, Tramp Türkiyəyə yönəlik alçaldıcı və təhdid dolu sözlər səsləndirib.
"O, vəzifəyə gələndən sonra bir çox ölkənin müstəqilliyini heçə sayaraq, pis niyyətli çıxışlar edib", - vəkil bildirib.