Türkiyədən Tel Rifat üçün YENİ FORMUL

Baxış sayı:
2980

Türkiyə, Afrindən sonra Suriya sahəsində diqqətini iki bölgəyə kökləyib. Tel Rifat üçün "Regionda YPG qalmadı” deyən Moskva ilə təmas halında olan Ankara, bu vəziyyəti yerində müşahidə etmək istəyir. İdlibə 9-cu müşahidə məntəqəsinin qurulması da bölgədəki TSQ varlığına güc qazandırır.
 
Suriyada həm terror təşkilatlarından təmizləmə, həm də “gərginliyi azaltma” bölgələri yaratmaq strategiyası ilə hərbi və diplomatik addımlar atan Türkiyə, bu prosesdə regiondakı varlığını gücləndirib. Tel Rifat regionunda Rusiya ilə Türkiyə arasında danışıqlar davam edərkən rayonunun nəzarətə altına alınması üçün meydançadakı qoşunların hazır olduğu bildirilir.
 
YERİNDƏ ARAŞDIRMA
 
Mənbələr, rejimlə qarşıdurma baş verməməsi üçün Rusiya ilə danışıqlarının davam etdiyini bildirib. Ankaradakı üçlü liderlər sammitindən sonra Rusiyanın, Tel Rifat zonasından terror təşkilatı YPG/PKK-nın tamamilə çıxdığı məlumatını bölüşdüyünü ifadə edən qaynaqlar, Türkiyənin yerində araşdırma aparmaq istəyinin çatdırdığını dilə gətirib. Tel Rifat bölgəsində ortaq bir həll axtarışının davam edəcəyini ifadə edən qaynaqlar, Astana prosesinə zərər verməmək üçün diqqətli hərəkət edildiyini vurğulayıb. Əsəd rejiminin Afrin və Tel Rifat bölgəsində YPG/PKK-nı tam dəstəklədiyini bildirən mənbələr, bu məsələdə Dəməşqin məlumat və sözlərinə etibar edilmədiyini də vurğulayıb.
Müxalifət.az