Türkiyədən Suriyada terroru bitirmək planı: 400 nəfərlik siyahı

Baxış sayı:
2866

Rusiya prezidenti Vladimir Putin ilə prezident Rəcəb Tayyib Ərdoğanın atəşkəs və diplomatik həll formulu üzərində razılaşdığı İdliblə bağlı Türkiyənin gündəliyi hazırdır. Siyasi, iqtisadi və hərbi məzmuna malik başlıqlardan ibarət olan yol xəritəsində sülhün təsisi və əhalinin həyatının normallaşdırılması təmin olunacaq. Sonra konstitusiya və seçki prosesləri ilə birlikdə Suriyanın bütün ərazilərində normallaşma məqsədi güdülür.
 
400 NƏFƏRLİK SİYAHI HAZIR
 
Türk xüsusi xidmət orqanları və yerli ünsürlər tərəfindən terror cinayətlərinə qarışdığı təsbit edilən 400 nəfərlik həbs siyahısı hazırdır. Siyahıda, regionda fəaliyyət göstərən Əl Yazış, xarici xüsusi xidmət orqanları ilə PKK, İŞİD və bənzəri terror təşkilatlarına aid olan adlar var. Türkiyənin sabitlik məqsədli hərəkət gündəliyində yer alan mövzular arasında, əcnəbi terrorçuların bölgəni tərk etməsini təmin edəcək təşəbbüslər də yer alır.
 
NORMALLAŞMA ÜÇÜN 6 AY
 
Böyük bir faciənin astanasından dönən İdlib üçün hazırlanan tədbirlər planında təhlükəsizlik, təhsil, səhiyyə və sabitliyi daimi etmək adına atılacaq addımlar prioritet daşıyır. Başda düşərgələr olmaqla, bölgə daxilində yaşayan əhaliyə yönəlmiş yardım fəaliyyətlərinin təşkilatçılığı və təhsil dövründəki 1 milyondan çox uşağa bu imkanın yaradılması da Türkiyənin prioritetləri arasındadır. Bölgənin 6 ay ərzində qaydaya salınması planlaşdırılır.
 
HTŞ TERRORU DA HƏLL OLUNACAQ
 
İdlib rayon mərkəzi 2015-in əvvəlində Fəth Ordusu çatısı altından olan təşkilatlar tərəfindən ələ keçirildi. Fəth Ordusunun tərkib hissəsi olan terrorçu Nusra Cəbhəsi 2017-də özünü buraxdı və 9 qrupun iştirakı ilə Heyəti Təhrir Əl Dəməşq (HTŞ) yaradıldı. Türkiyə tərəfindən də terror siyahısına alınan HTŞ-nin də, əcnəbi terrorçuların təxliyəsi planı çərçivəsində böyük nisbətdə həll ediləcəyi proqnozlaşdırılır. İdlib mərkəz və qərb bölgələrində Misir, Səudiyyə Ərəbistanı, Mərakeş, İordaniya, BƏƏ mənşəli döyüşçülərin sayının 4 mini keçdiyi bildirilir.
Müxalifət.az