Türkiyədən Səudiyyəyə ultimatum: “Ya axtarışa icazə veriləcək, ya da deportasiya olunacaqlar”

Baxış sayı:
2128

Türkiyənin təhlükəsizlik orqanları, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna 2 oktyabr günü girdikdən sonra ortadan qeyb olan Qaşıqçı-nın öldürüldükdən sonra basdırılmış ola biləcəyi ehtimalını qiymətləndirir. Bu səbəblə gözlər konsulluq binası və 300 metr yaxınlığındakı Səudiyyənin baş konsulu Məhəmməd el-Katibinin iqamətgahına çevrilib. Bu iki ünvana girib, axtarış aparmaq üçün Ər-Riyadla müzakirələr davam edir. Xarici İşlər Nazirliyinin Ər-Riyada bazar gününə (sabah) qədər möhlət verdiyi, axtarışlar üçün lazımlı icazənin verilmədiyi təqdirdə baş konsul və bütün işçilərin deportasiya ediləcəyi iddia edilib. Diplomatik toxunulmazlıqları tənzimləyən Vyana Konvensiyası, ağır bir cinayət işləndiyini müəyyən edilməsi vəziyyətində ev sahibi olan ölkəyə bu hüququ tanıyır.
 
ƏR-RİYADDAN NÜMAYƏNDƏ HEYƏTİ GƏLDİ
 
Bu arada Türkiyəyə birgə işçi qrupu təklif edən Ər-Riyad rəhbərliyi, İstanbula bir heyət göndərib. İstanbula gələn 11 nəfərlik Səudiyyə nümayəndə heyəti, baş konsulluq binasına daxil olaraq burada təxminən yarım saat qalıb. Təhlükəsizlik orqanları bu gün bir toplantı keçirəcəyi öyrənilən heyətin, Türk polisinin dəlil axtarma məqsədli araşdırmasında iştirak etmək istədiyi bildirilir. Keçiriləcək tədbirdə konsulluğun axtarışı nöqtəsində necə birgə hərəkət ediləcəyinə qarşı planlaşdırma aparılacaq.
 
BASDIRILMIŞ OLA BİLƏR
 
4 maşınla konsulluq önünə gələn Ər-Riyad heyətinin binada qısa bir ön araşdırma apardığı bildirilir. Konsulluqda keçirilməsi gözlənilən axtarışın Səudiyyə nümayəndə heyətinin nəzarəti altında olacağı öyrənilib. Ayrıca Səudiyyənin ilk fazada verdikləri axtarış icazəsinin də mahiyyəti bəlli olub. Belə ki, Səudiyyə rəhbərliyi icazə verərkən yalnız gözlə müşahidə edilməsini nəzərdə tutub, axtarış və həyətdə qazıntılara razı olmayıb. Halbuki təhlükəsizlik orqanları, bədəni hissələrə ayrıldığı iddia edilən Qaşıqçı-nın iki ünvandan birində basdırıldığına inanır. Dəlil axtarmağa dair Ankara ilə Ər-Riyad arasında anlaşılmazlıq davam edərsə, konsul və müavinləri haqqında "deportasiya” mexanizmi işləniləcək.
 
BAŞQA ÜNVANLAR DA VAR
 
Qazılması gözlənilən məkanlar yalnız konsulluğa məxsus binalardan ibarət deyil. 2 oktyabr günü Qaşıqçı-nın itməsindən sonra baş konsulluğa aid bir avtomobilin İstanbulun Avropa hissəsindən Anadoluya keçdiyi, Pendikin arxa məhəllələrini gəzdiyi və 6,5 saatlıq bir yolçuluqdan sonra yenidən konsulluğa qayıtdığı müəyyən edilib. Konsulluğa aid alət və vasitələrin səyahətinə dair müfəssəl çalışma nəticəsində müəyyən olunacaq məqamlarda da qazıntıların aparılması gözlənilir. Polis, bu qazıntılarda Qaşıqçı-nın bədəninə aid parçaları arayacaq.
Müxalifət.az