Türkiyədən sərt təpki: “ABŞ həddini biləcək”

Baxış sayı:
17377

ABŞ-ın Xarici İşlər Nazirliyi Türkiyənin daxili işlərinə qarışaraq 31 mart yerli seçkiləri ilə bağlı açıqlamalar verib. “Azad və ədalətli seçkilər demokratiyanın mühüm bir hissəsidir. Qanuni nəticələrin qəbul edilməsi də bura daxildir. Bu məzmunda uzun və etibarlı bir seçki ənənəsi olan Türkiyədən daha azını gözləmirik "şəklində ABŞ-dan veriləb açıqlamaya Türkiyədən sərt cavab verilib.
 
"ABŞ əvvəl özünə baxmalıdır" deyən AK Partiyanın Malatyadan olan millət vəkili Bülent Tüfenkçi, "Türkiyə həqiqətən demokratiyanı yaxşı işlədən nadir ölkələrdən biridir və seçkilərini illərdir müvəffəqiyyətlə keçirən dost, düşmən hər kəsin təqdir etdiyi bir demokratiya mədəniyyətinə malikdir. ABŞ yaxın zamanda prezident seçkisindəki mübahisələrini unutmasın, öz ayıblarını örtmək üçün Türkiyəni istifadə etməsin. Türkiyə demokratiya mövzusunda ABŞ-dan çox daha irəlidədir və həssasdır. Hər kəs Türk millətinə və iradəsinə hörmət etməlidir. Buna hər kəs, xüsusilə də Amerika daxildir. Bu səbəbdən, Türkiyə onların dediyi kimi, bir üçüncü dünya ölkəsi deyil. Trampın iştirak etdiyi seçkini xatırlayın, günlərdir davam edən bir müzakirə mühiti var idi. Bunu göz önünə alsaq, Türkiyədə reallaşan seçkilərin nə qədər düzgün bir mühitdə reallaşdığını hər kəs görə bilər" deyə söyləyib.
Müxalifət.az