Türkiyədən sərt “FRANSA” AÇIQLAMASI

Baxış sayı:
3883

Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Fransanın “Le Point” jurnalının üz qabığında “diktator” deyə göstərilən prezident Ərdoğan  haqqındakı yazıya sərt münasibət göstərərək “Türkiyənin sizdən tapşırıq aldığı günlər geridə qaldı. Diktator deyərək artıq o günləri geri gətirə bilməzsiniz” deyib.
 
Qalın, sosial paylaşma saytı Twitterdəki hesabından, “Le Point” jurnalındakı Ərdoğan haqqındakı yazıya münasibət bildirib.
 
O GÜNLƏRİ GERİ GƏTİRƏ BİLMƏZSİNİZ
 
Qalın, tvitterdəki paylaşmada, "Bir Fransız jurnalı prezident Ərdoğana diktator deyib. Bu hücumları bilirik. Məqsədlərinin nə olduğunu da bilirik. Millət və məzlum xalqlar olanları görür. Türkiyənin sizdən tapşırıq aldığı günlər geridə qaldı. Diktator deyərək o günləri geri gətirə bilməzsiniz” deyə, qeyd edib.
Müxalifət.az