Türkiyədən sərt açıqlama: Hər kəs həddini bilsin!

Baxış sayı:
5374

Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu S-400 havadan və raketdən müdafiə sistemləriylə əlaqədar olaraq ABŞ ilə yaşanan gərginlik və İdlibdə TSQ müşahidə məntəqəsinə yönəlik yaşanan hücumla bağlı açıqlama verib. Rusiyadan alınacaq S-400-lərlə əlaqədar açıqlama verən Çavuşoğlu, "Bu gün S-400 ilə əlaqədar ABŞ-ın bizə məcbur qəbul etdirmək istədikləri ilə razılaşmağımız mümkün deyil" deyil. Suriyadakı TSQ-nin müşahidə məntəqəsinə olunan hücuma da münasibət bildirən Çavuşoğlu, "Rejimin bu təcavüzkarlığını da qəbul etməyimiz mümkün deyil və Rusiya ilə imzaladığımız İdlib Anlaşmasına da ziddir. Burada rejimi dayandırmaq da Suriya mövzusunda yaxın əməkdaşlıqda olduğumuz Rusiyanın və İranın məsuliyyətidir. Çünki hər ikisi də rejimin qarantorudur" deyib. Müxalifət.az