Türkiyədən Şərqi Aralıq dənizində “əzələ” nümayişi

Baxış sayı:
10507

Türk Silahlı Qüvvələrinin (TSQ) Şimal Kipr Türk Respublikası (KKTC) ilə müştərək olaraq Axtarış Xilasetmə Dəvət Manevri-2019 hərbi təlimi başlayıb. Şərqi Aralıq dənizi və KKTC-də dünən başlayan hərbi təlim quruda və dənizdəki axtarı-xilasetmə qabiliyyətlərinin sınanmasından sonra 13 iyunda başa çatacaq. Hərbi təlimi Əfqanıstan, Fələstin, Qatar, KKTC, Kosova, Malayziya, Nigeriya və Pakistandan 13 müşahidəçi izləyəcək. ƏVVƏL QURU SONRA DƏNİZ Türkiyə ilə KKTC hərbi təlimin quru mərhələsində, Girne cənubunda xüsusi bir hava yolu şirkətinə aid yolçu təyyarəsinin düşməsi canlandırılacaq. Təlimin sabah ediləcək dəniz mərhələsində isə Şərqi Aralıq dənizində KKTC quru suları və beynəlxalq sularda bir quru yük gəmisi ilə xüsusi yaxtanın toqquşması və bir maye yanacaq tankeri ilə ticari gəmisinin toqquşması ssenarilərinə istinadən axtarış xilasetmə və dəniz çirkliliyi ilə mübarizə təlimləri reallaşdırılacaq. VƏZİFƏYƏ HƏR AN HAZIR Dəniz Qüvvətləri ehtiyac duyulduğu təqdirdə təlim fəaliyyətlərini Aralıq dənizi Qalxanı Hərəkatı daxilində bölgədə hərəkat icra edən və Kipr ətrafında fəaliyyətlərinə davam edən Fateh qazma platforması ilə Barbaros Heyrətdin Paşa araşdırma gəmisini müşayiət edən fırkateyn, korvet, hücumbotlar və dəniz polis bölməsi təyyarələri ilə dəstəkləyəcək. Şərqi Aralıq dənizində suların xeyli “istiləşməsiylə” birlikdə daha da əhəmiyyət kəsb edən Axtarış-Xilasetmə Təlimi-2019-da Kipr Türk Gücü adada və Şərqi Aralıq dənizindəki varlığıyla böyük gövdə nümayişi edəcək, Türkiyənin bölgədəki haqq və mənfəətlərinin qorunmasında vəzifəyə hər an hazır olunduğu bir daha vurğulanacaq. Müxalifət.az