Türkiyədən “Şərqi Aralıq dənizi” açıqlaması: Məcbur olacaqlar!

Baxış sayı:
691

Avropa Birliyinin (AB) Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətlərinə yönəlik verdiyi qərarları şərh edən Türkiyənin Enerji Məhsuldarlığı Dərnəyinin rəhbəri Murad Kalsın, "Problemin dialoqla həll ediləcəyini bilirlər, amma təəssüf ki, hələ klassik sanksiyalarla bu prosesi uzatmağa çalışırlar" deyib.
 
“Şərqi Aralıq dənizində bir tort söz mövzusudursa, Türkiyənin ən minimum paya razı olması üçün təzyiq mühiti yaratmağı hədəfləyirlər" deyən Murad Kalsın, bunları söyləyib: "Əhəmiyyətli olan o qazı Avropaya daşımaqdır. AB-nin burada edəcəyi şey öz enerji təhlükəsizliyini ən məhsuldar bir şəkildə təmin etmək olmalıdır. Qazın Türkiyə üzərindən Avropa bazarına çatdırılması digər variantlara görə, ən az üçdə bir nisbətində iqtisadi effektli olacaq. Bunu özləri də çox yaxşı bilir. Türkiyə yolunu gözardı edirlər. Bu səbəbdən AB bu anda bu mövzuda təəssüf ki, hesabsız-kitabsız irəliləyir. Lakin ən sonunda müzakirə üçün Türkiyəni masaya dəvət etmək məcburiyyətində qalacaqlar. Buradakı haqlarımız heç bir şəkildə yox sayıla bilməz. Sanksiya qərarlarının heç bir şəkildə bağlayıcılığı yoxdur. Şərqi Aralıq dənizində Türkiyəsiz bir həll mümkün deyil".
Müxalifət.az