Türkiyədən Şimali İraq QƏRARI

 Prezident Ərdoğanın başçılığında toplanan MGK toplantısında Fövqəladə vəziyyətin uzadılması və Türk hava məkanının Şimali İraqa bağlanması tövsiyə edilib.
 
Müxalifət.az  xəbər verir ki, Türkiyə mediası bunu son dəqiqə məlumatı olaraq verib.
Toplantıda İraq Konstitusiyasını pozan qeyri-qanuni IKBY referendumundan sonrakı atılacaq addımlar da dəyərləndirilib. Alınması nəzərdə tutulan yeni qərarlar müzakirə edilib.
 Türk Hava Məkanının IKBY-nə bağlanması və İbrahim Xəlil Sərhəd Keçid Məntəqəsinin idarəetməsini Mərkəzi İraq rəhbərliyinin təhvil alması prosesinin başladılması İraq hökumətinə tövsiyə edilmişdir.
 Bu çərçivədə mərkəzi İraq rəhbərliyinin bütün ölkədə konstitusion suverenliyini təmin etmək üçün və xüsusən Kərkükdə atdığı addımlar qiymətləndirilib, Türkiyənin İraqın siyasi birliyinə və ərazi bütövlüyünün qorunmasına verdiyi əhəmiyyət bir daha vurğulanıb.
Müxalifət.az