TÜRKİYƏDƏN SAVAŞ AÇIQLAMASI - “Bölgədə baş verən hadisələrdən ciddi narahatıq”

Baxış sayı:
2212

Türkiyə hökuməti son günlər bölgədə baş verən hadisələrdən ciddi narahatdır.

Bu, Türkiyə Xarici İşlər Nazirliyinin məlum hadisələrlə bağlı açıqlamasında ifadə olunub.

Qeyd edilib ki, xüsusilə İraq ərazisindəki hadisələrin münaqişə vəziyyətinə səbəb olması bu ölkə ilə yanaşı, bölgədə də sülhə və sabitliyə ciddi təhlükədir. Bu səbəbdən bütün tərəflər sağlam fikirlə hərəkət etməli, bölgədə sülhə və sabitliyə təhlükə yaradan birtərəfli addımlardan qaçmalı, diplomatik davranışa üstünlük verməlidirlər./azərtac/