Türkiyədən S-500 açıqlaması

Baxış sayı:
5368

Türkiyə prezidentinin baş müşaviri Gülüyər Aybet Rusiyadan alınan S-400 havadan müdafiə sistemləriylə əlaqədar açıqlama verib.
 
Türkiyənin havadan müdafiə raketinə ehtiyacı olduğunu ifadə edən Aybet, belə davam edib: "S-400 alırıq, çünki bu anda bizə ən yaxşı verilən təklif S-400-dür. Biz bunu qəbul etdik, lakin bizim raket və havadan müdafiə ehtiyacımız bununla bitirmi? Xeyr, çünki biz əslində öz raket və havadan müdafiə sistemimizi qurmaq istəyirik. Bunun üçün də hələ başqa alternativlərə, S-400-dən sonrasına baxırıq. Bu indi S-500-ü də düşünürük. Burada ABŞ-ın “Patriot” təkliflərinə də açığıq, yəni bu iş burada bitmiş deyil. Lakin bizim burada vurğuladığımız texnologiya transferi və ortaq istehsal mövzusunda qərarlıyıq".
Müxalifət.az