​Türkiyədən “S-400” raketləri barədə— AÇIQLAMA

Ankaranın Rusiyadan aldığı “S-400” raketlərinin NATO üçün heç bir təhlükəsi yoxdur.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli bildirib. Onun sözlərinə görə, bu raketlər Türkiyənin hava məkanından müdafiəsi üçün lazımdır.
“Türkiyənin Rusiyadan aldığı “S-400” raketləri havadan müdafiə sisteminin gücləndirilməsi üçün lazımdır. Bu raketlərin alışı NATO üçün heç bir problem yaratmayacaq. Sadəcə bu raketləri almaqla Türkiyə çoxdan cızılan çərçivəni keçmiş olub”, - deyə nazir bildirib.
Qeyd edək ki,  Ankara və Moskva  arasında Rusiya istehsalı olan “S-400” zenit- raket komplekslərinin alınmasına dair saziş imzalanıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “S-400” komplekslərinə görə Ankaranın ilkin ödəniş etdiyini bəyan edib. Məsələ ilə əlaqədar bir müddət əvvəl  alyansın baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO üzvləri olan hər bir dövlət istədiyi ölkədən silah və sursat ala bilər. Onun sözlərinə görə, bu səbəbdən də, Türkiyə Rusiyadan “S-400” kompleksləri alması barədə NATO ilə məsləhətləşələr aparmayıb.
Lakin sonradan NATO tərəfindən Türkiyənin Rusiyadan “S-400” kompleksləri alması məsələsi belə şərh edilib: “Türkiyənin Rusiyadan “S-400” kompleksləri alması heç də Ankaranın NATO-dan uzaqlaşmasını və ya Rusiya ilə yaxınlaşmasını təsdiqləmir”.