Türkiyədən S-400 açıqlaması! - BU TARİXDƏ TƏHVİL ALINACAQ...

Baxış sayı:
9952

Türkiyə prezidentinin müavini Fuad Oqtay Rusiyadan S-400 raket sisteminin qəbulu ilə bağlı, "Türkiyə S-400 ilə bağlı maraqları nəyi tələb edirsə, o yöndə öz qərarını verir, öz seçimini edir" - deyib.
 
Oktay, Türkiyə qərarını verərkən yalnız öz maraqlarını düşündüyünü bildirib: “S-400-ün bizə ilk təhvil veriləsini iyulda gözləyirik. Hər hansı bir məsələdə, xüsusilə imza atdıqsa, bunun gərəyini edirik. Türkiyənin inad etmə və sair kimi bir mövqeyi də yoxdur. S-400-ü almağımız “Patriot”ları "almırıq" mənasında deyil. Bizim ehtiyacımız var və orada da şərtlərimiz qəbul olunsa, oturar danışarıq. Türkiyədəki bazarın bugünkü və gələcəkdəki vəziyyəti ilə S-400-ün uzaqdan yaxından heç bir əlaqəsi yoxdur”.

Müxalifət.az