Türkiyədən Rusiyaya “qazın qiymətini endir” tələbi

Baxış sayı:
6247

Türkiyə ildə 50 milyard kubmetr səviyyəsində qaz istifadə edir. Bunun mühüm bir hissəsi Rusiyadan idxal edilir. Türkiyə Rusiyadan Qərb Xəttindən və Mavi Axın üzərindən qaz satın alır. Rusiyanın Avropa miqyasında ən böyük müştərilərindən biri kimi önə çıxan Türkiyə, Rusiyanın Qazprom şirkəti ilə kritik bəzi məsələlərdə danışıqlara başlayıb.
 
Təbii qaz qiymətinin endirilməsi
 
 Türkiyə hazırda hər 1000 kubmetri 300-305 dollar səviyyəsində olan qazın qiymətinin endirilməsini, Azərbaycan qazının qiymətinə yaxın bir səviyyəyə çıxarılmasını istəyir.
 
“Al, ya da ödə" limiti
 
 Türkiyənin qaz istehlakı iqtisadiyyatdakı durgunluqdan asılı olaraq azalır. İstər sənaye, istər elektrik istehsalında daha az qaz istifadə edilir. Bu səbəblə 2019-da Rusiyadan daha az qaz alınması gündəmə gələcək. BOTAŞ Rusiyadan müqavilədə nəzərdə tutulan məbləğdən daha az qaz alacağı üçün "al, ya da ödə" sanksiyasına məruz qala bilər. Şirkət almadığı qazın pulunu ödəməmək üçün "al, ya da ödə" limitinin azaldılmasını istəyir.
Rusiyadan Qərb Xəttindən idxal edilən qazın 8 milyard kubmetrlik hissəsi üçün 2021-ci ildə müqavilə müddəti başa çatacaq. BOTAŞ bu müddətin uzadılmasını istəyir. Rusiyanın da uzatma tələbinə müsbət yanaşdığı bildirilir.
Müxalifət.az