Türkiyədən Rusiya və İrana 3 təklif!

Baxış sayı:
502

Günlərdir danışılan İdlibə hərəkat başlayıb. Rus təyyarələri, müxalif qüvvələrin fəaliyyət göstərdiyi yerləri havadan vurub. Quru hərəkatı üçün isə gözlər, 7 sentyabrda keçiriləcək Türkiyə-Rusiya-İran zirvəsinə çevrilib.
 
“IMP News”-un Suriya mənbələrinə əsaslandırdığı xəbərinə görə, Ankara tərəfindən Moskvaya üç təklif təqdim olunub. Xəbərə görə, Rusiya tərəfi təkliflər dəyərləndirilib, cavablandıracağı məlumatını verib. 7 sentyabrda Tehranda keçiriləcək İdlib sammitində də bu üç təklifin müzakirə ediləcəyi müəyyənləşib. Sözügedən xəbərdə Ankaranın Rusiya və İrana təqdim etdiyi üç təklifə dair maddələr belə açıqlanıb:
 
ASO DA İŞTİRAK ETSİN
 
-İdlib hərəkatına ÖSO da qoşulmalıdır.
-Azez sərhədində yerləşən Şehba bölgəsindəki Tel Rifat və ətrafını, İdlibdən ayrılmağı qəbul edən mülayim qrupların yerləşməsi üçün Türkiyənin nəzarətinə buraxmaq.
-Suriyanın inşasında Türkiyəyə də rol və pay verilsin.
 
İddiaya görə, Ankara, hərəkata Azad Suriya Ordusu(ASO) qüvvələrinin də qoşulmasını istəyir. Hərəkata qoşulması istənilən ASO qruplarının təxminən 20-30 min arasında olduğu bildirilir. ASO döyüşçülərinin əksəriyyəti isə Suriyalılardan seçilib.
 
QƏRAR VERİLMƏDİ
 
İdlibə nəzarət edən müxalif qrupların vuruşmadan şəhəri tərk etməsinə yönəlik danışıqlar da davam edir. Müxaliflərin döyüşmədən regionu tərk etməsi barədə qərar verildiyi təqdirdə, Şehba bölgəsinin Türkiyənin nəzarətinə buraxılması planı tətbiq edilməlidir.
“IMP News”-un Suriyanın müdafiə naziri Əli Abdullaya yaxın mənbələrdən əldə etdiyi məlumata görə, İdlib hərəkatı bu ayın ortasında qərb istiqamətindən Cisr eş-Şuğur ilə Gab Düzündəki qəsəbələrdən başlayacaq.
Digər tərəfdən, rejim ordusunun İdlib əməliyyatı ərəfəsində danışan Suriya XİN rəhbəri Vəlid Müəllim, “Russia Today”-ə verdiyi açıqlamada, Türkiyə ilə qarşı-aqrşıya gəlməkdən yana olmadıqlarını bildirərək, Rusiya ilə Türkiyə arasında qarşılıqlı anlaşma olmasının vacib olduğunu deyib.
 
HÜCUM ÜÇÜN SON TARİX 10 SENTYABR
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Mistura, İdlibdəki vəziyyətin həll olması üçün Türkiyə və Rusiya arasında görüş keçirilməsinə vaxt tanınması lazım olduğunu vurğulayaraq prezident Rəcəb Tayyib Ərdoğan və prezident Vladimir Putinə "İkinizin edəcəyi telefon danışığı, Tehran görüşü ərəfəsində belə böyük fərq yarada bilər" - deyə söyləyib. Mistura həmçinin, "Suriya mediası, hökumətin İdlibə quru hərəkatı başlaması üçün 10 sentyabrı son tarix olaraq verdiyini" deyib.
Müxalifət.az