Türkiyədən Rusiya açıqlaması: RUSİYAYA HÜCUM OLARSA..

Baxış sayı:
6466

Türkiyənin müdafiə naziri Nurəddin Canik, 24 TV-nin gündəmə dair suallarını cavablandırıb. ABŞ - Rusiya arasındakı gərginliyə dair danışan nazir Canik, “hücum olsa, Rusiya bunun altında qalmaz” deyib.
 
Müdafiə naziri Nurəddin Canikin çıxışından bəzi məqamlar:
 
HÜCUM OLSA, RUSİYA BUNUN ALTINDA QALMAZ
 
“Suriyada çox aktyor var. Mənfəətləri ilə bir birilə toqquşan çox güc var. Dar bir sahə və buna bənzər hər cür qarşıdurma mühitinin yaranmasına rəvac verilə bilər. Beynəlxalq münasibətlərdə müəyyən bir nöqtədən sonra rasionallıq itir. Bir nöqtədən sonra məntiqli düşünmə ortadan qalxır və bu istiqamətdə müharibə dövrəyə girir. Rusiyanın dəstəklədiyi qüvvələrə, ya da ABŞ-ın dəstəklədiyi qüvvələr tərəfindən təcavüz olarsa, Rusiyanın və dəstəklədiklərinin bunun altında qalmaması lazımdır. Qalarsa, gücünü itirər. Bu səbəblə ciddi qarşıdurmalar çıxa bilər. Bu təhlükə uzun zamandır var və bundan sonra da davam edəcək. Bir qığılcım atəşi bütün bölgənin partlayışı ilə nəticələnəcək qarşıdurmanın önünü aça bilər. Bu səbəbdən biz Türkiyə olaraq əvvəl tərəfləri təmkinli və ölçülü davranmağa və həmçinin terror təşkilatlarını dəstəkləməkdən imtina etmələri çağırışı edirik”.
Müxalifət.az