​Türkiyədən ərəblərə qarşı sərt bəyanat: Dərk etmirsiniz!

Baxış sayı:
6694

Suriyada siyasi böhranın başlamasından bəri üzərinə böyük məsuliyyət götürən Türkiyənin səylərini görməzdən gəlmək reallıqla uzlaşmır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ərəb Dövlətləri Liqasının türk ordusunun Afrindən çıxmasının vacibliyi ilə bağlı bəyanatına şərh verərkən deyib.
“Bəyanatda Türkiyə Silahlı Qüvvələrinin Afrindən çıxması durumunda bunun Suriya böhranına müsbət təsiri olacağının deyilməsi, “Zeytun budağı” əməliyyatının məqsəd və məramının hələ dərk edilməməsini göstərir. Bu əməliyyat Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət edir”, - deyə Aksoy bildirib.
Qeyd edək ki, ərəb birliyi Türkiyənin Afrindən tez bir zamanda çıxmasının zəruriliyi ilə bağlı bəyanat yayımlamışdı.