​Türkiyədən qələbə: Afrin xəritəsində tarixi dəyişiklik - FOTO

Baxış sayı:
4111

Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edir.
Muxalifət.az xəbər verir ki, gün ərzində 7 kəndi terrorçulardan azad edən türk ordusu strateji əhəmiyyətli mövqeləri birləşdirib.
Türkiyə mediasının məlumatına görə, türk ordusunun irəliləməsi nəticəsində Azezlə Şeyx Xoruz arasındakı yol açılıb, Azez-Bülbül bölgələri arasındakı cəbhə xətləri isə birləşdirilib. Əməliyyat çərçivəsində Zeytunə kəndi ilə yanaşı, Alpaviran, Xəyyam, Surain, Çarxanlı, Mərvanə və Heygecə kəndləri də PYD-YPG terrorçularından təmizlənib.
Qeyd edək ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.