Türkiyədən Paşinyana tərs sillə: ”Bunsuz heç vaxt...”

Baxış sayı:
6799

Ermənistan Türkiyə ilə diplomatik münasibətləri qurmağa hazırdır. Bir şərtlə ki, Dağlıq Qarabağla bağlı heç bir ilkin şərt irəli sürülməsin. 
Bu haqda bu gün Ermənistan Baş naziri vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan bəyan edib. 
Məlumatı Muxalifet.az ТАСС-a istinadən yayıb. 
"Biz Türkiyə ilə birbaşa heç bir ilkin şərt irəli sürülmədən münasibətlər qurmağa hazırıq və inanırıq və ümid edirik ki, Türkiyə də belə mövqe tutacaq, deyə o bildirib. Türkiyə ilə münasibətlər Dağlıq Qarabağ məsələsi ilə bağlıdır və üçüncü tərəfə aiddir. Mən Azərbaycanı nəzərdə tuturam", - deyə Paşinyan qeyd edib.
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə ilə münasibətləri qaydaya salmaq niyyətini açıq dilə gətirən Ermənistan tərəfinə cavab gecikməyib. Türkiyə Dağlıq Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll edilmədikcə Ermənistanla heç bir qarşılıqlı münasibətin olmayacağını qətiyyətlə bildirib.