​Türkiyədən nazirin öldüyü dəhşətli qəza haqda AÇIQLAMA

Baxış sayı:
4156

Efiopiyada baş vermiş dəhşətli təyyarə qəzası nəticəsində həlak olan insanların ailələrinə, yaxınlarına başsağlığı diləyirik.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop sosial şəbəkə hesabında yazıb.
 
"Türk xalqının efiopiyalı dostlarımızın üzüntü və kədərini paylaşdıqlarını bildirmək istəyirəm", - Şəntop qeyd edib.
 
Qeyd edək ki, bu gün Efiopiyadan Keniyaya uçan “Ethiopian Airlines” şirkətinə aid Boinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 157 nəfər həlak olub.