Türkiyədən NATO-ya SƏRT CAVAB: "Bunun FƏTÖ sifarişi olduğunu bilirik"
23-11-2017 11:49

NATO təlimlərində Rəcəb Tayyib Ərdoğan və Atatürkün fotolarının hədəf taxtalarına vurulmasına görə başlayan diplomatik gərginlik yeni mərhələyə keçib.
Muxalifət.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Nürəddin Canikli məsələyə sərt reaksiya verərək, "Bu məsələ cavabsız qalmayacaq" - deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da məsələ ilə bağlı açıqlama verərək bunu açıq-aydın bir FƏTÖ sifarişi adlandırıb: "Biz bu cür iyrənc mübarizələri yaxşı tanıyırıq. Bu açıq-aydın FƏTÖ nümayəndələrinin sifarişi ilə atılan addımlardan biridir".