​Türkiyədən əməliyyatla bağlı yayılan xəbərə - Sərt reaksiya

Baxış sayı:
2866

Türkiyə “Zeytun budağı” əməliyyatında kimyəvi qazlardan istifadə etməyib.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Röyters”ə açıqlamasında adını açıqlamayan türkiyəli diplomat deyib. O bildirib ki, Türkiyənin kimyəvi silahdan istifadə etməsi ilə bağlı yayılan xəbərlər “qara təbliğat”dır:
“Türkiyə “Zeytun budağı”əməliyyatı zamanı mülki vətəndaşlara xəsarət yetirməmək üçün son dərəcə ehtiyatlı davranır. Heç vaxt kimyəvi silahdan istifadə etməmişik. Bu barədə yayılan bütün iddialar əssassızdır”.
Qeyd edək ki, Suriyadakı kürd qüvvələri və Suriya İnsan Haqqları Rəsədxanası türk ordusunun “Zeytun budağı” əməliyyatı zamanı vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı yalan məlumat yayıb.