Türkiyədən “Malorossiya”ya sərt münasibət

Türkiyə Xarici İşlər Nazirliyinin spikeri Hüseyn Müftioğlu Ukraynanın şərqində separatçı qüvvələrin yeni dövlət qurması qərarına Türkiyənin mövqeyini açıqlayıb.
 
Spiker məsələ barədə sərt çıxışlar edib və yeni dövlət yaradılmasını Ukrayna torpaqlarının bütövlüyünün pozulması kim qəbul edib.
O bildirib ki, bu növ separatçılıq tərəflər arasında qarşılıqlı anlaşmaları çıxılmaz istiqamətə aparır. Buna görə də Türkiyə başda Minsk qrupu olmaqla, bu məqsədə yönəlmiş bütün sülh tərəfdarlarını hər zaman dəstəkləyəcək.