Türkiyədən Makronun “soyqırım” qərarına sərt təpki

Baxış sayı:
7273

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin Fransa prezidenti Emmanuel Makronun elan etdiyi “erməni soyqırımı anma günü” açıqlamasına münasibət bildirib. Kalın açıqlamasında, "Makronun “erməni soyqırımını anma günü” olaraq elan etdiyi fikrini şiddətlə qınayırıq. Türkiyə baxımından bunun heç bir hökmü yoxdur" deyib.
 
Kalının açıqlamsı belədir:
"Fransa prezidenti Emmanuel Makronun 24 apreli sözdə erməni soyqırımını anma günü olaraq elan edən fikrini şiddətlə qınayırıq. Sözdə erməni soyqırımı iddiaları heç bir hüquqi əsası olmayan, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır. Türkiyə baxımından heç bir hökmü yoxdur.
2005-ci ildə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın tarixi faktları araşdıracaq Birgə Tarixi Komissiyasının yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etməyə çalışmaqdadır.
Keçmişi saxtalaşdıraraq tarixdən narazılıq, nifrət, kin və ədavət çıxarmaq istəyənlərə heç vaxt fürsət verməyəcəyik. Heç kimsə Türkiyəni etmədiyi bir cinayətə görə ittiham edə bilməz və tariximizə ləkə sürə bilməz. Ölkəsindəki siyasi problemləri ilə bağlı gündəmi dəyişmək istəyən Makronu tarixi hadisələrdən siyasi alət olaraq istifadə etməsini qınayırıq və rədd edirik".
Müxalifət.az