Türkiyədən Makrona SƏRT CAVAB: Nə Rusiya, nə də ABŞ…

Baxış sayı:
7399

Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun “Türkiyə ilə Rusiyanı ayırdıq” ifadəsinə sərt reaksiya verib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ çıxış edib.
“Nə Rusiya, nə də ABŞ-la eyni hədəfə qaçırıq. Qərbin mövqeyi ikiüzlüdür, bizim siyasətimiz doğrunun yanındadır”, - Bozdağ bildirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı.
Türkiyə, Rusiyadan fərqli olaraq, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsini dəstəkləmişdi.