Türkiyədən İsveçə ikinci zərbə!

Baxış sayı:
4780

Türkiyənin Ümid Milli Futbol Komandası, 2019-cu il 21 yaşa qədər Avropa Çempionatı seçmə oyununda 6-ci qrupdakı 9-ci matçında qonaq olduğu İsveçi 1-0 məğlub edib.
 
İsveçin Helsingborg şəhərində Olimpia Stadionunda oynanan qarşılaşmada ay-ulduzlulara qələbə gətirən qolu, 32-ci dəqiqədə Kubilay Kanatsızkuş vurub.
Bu nəticəylə millilər, 14 xalla 3-ci sıraya qalxıb. İsveç isə 20 xalla 2-ci sıradakı yerini qoruyub.
Qrupdan çıxma şansı olmayan Türkiyə, son matçını oktyabrın 16-da Macarıstan ilə debütünü oynayacaq.
Müxalifət.az