Türkiyədən İsrailə yola düşən gəmi yandı

Baxış sayı:
2827

İsrail sahillərində “MSC Canberra” adlı gəmidə yanğın baş verib. Gəmi Türkiyənin Mersin şəhərindən hərəkət edərək “Hayfa” limanına istiqamət götürüb. Bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb. İsrail mediasına istinadən verilən məlumatda bildirilir ki, ilkin ehtimala görə, gəmi dəniz quldurlarının hücumuna məruz qalıb. 203 metr uzunluğunda, 31 metr enində olan “MSC Canberra” quru-yük gəmisi Panama bayrağı altında üzür.