Türkiyədən İsrailə çox sərt təpki

Baxış sayı:
6193

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Şərq Qüdsdəki qeyri-qanuni məskunlaşma fəaliyyətləri ilə bağlı çox sərt bir açıqlama yayımlayıb. Açıqlamada, bunlar qeyd edilib: "İsrailin işğal altında saxladığı Fələstin torpaqlarındakı qeyri-qanuni məskunlaşma fəaliyyətlərini mübarək Ramazan ayında da davam etdirməsi insanlıqdan kənar üzünün yeni bir təzahürüdür. İsrail son olaraq Fələstin dövlətinin paytaxtı olaraq tanıdığımız Şərq Qüdsdə 800-dən çox əlavə tikilinin inşasına icazə verməklə, Fələstin xalqının haqqlarını qəsb etməyi davam etdirmişdir. Təməl insan haqqlarını və beynəlxalq hüququ heçə sayan İsrailin Qüdsün statusunu aşındırmağı və iki dövlətli həll prosesini korlamağı hədəfləyən qərarlarına “dur” demək vaxtı artıq gəlmişdir. Fələstində tarixin yenidən yazılmasını, ədalətin iqtisadi maraqlara dəyişilməsini, şərəf və legitimliyin gözardı edilməsini əsla qəbul etməyəcəyik. Fələstinli qardaşlarımıza və Fələstinin haqlı iddiasına dəstəyimizi daim davam etdirəcəyik". Müxalifət.az