​Türkiyədən İrandakı terakta - Reaksiya

Baxış sayı:
1267

İranın Əhvaz şəhərində baş verən mənfur teraktı şiddətlə qınayırıq.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Türkiyə hökuməti Əhvaz şəhərində baş verən teraktla bağlı İrana başsağlığı verib:
“Həlak olanlara Allahdan rəhmət, yaralananlara təcili şəfa diləyirik. İran xalqına və hökumətinə başsağlığı veririk”.
Qeyd edək ki, bu gün Əhvazda keçirilən hərbi parada atəş açılıb. Nəticədə 24 nəfər həlak olub.