Türkiyədən İrandakı fəlakətlə bağlı - Çağırış

Baxış sayı:
2278

Ötən günlərdə İrana yağan güclü yağışların Türkmənsəhrəda həyatı iflic etməsindən sonra əhali kömək gözləyir.
Muxalifet.az xəbər verir ki, qardaş Türkiyədə bir neçə məscidin mollaları minarədən xalqı insan itkisi ilə nəticələnən sel fəlakətindən dolayı əziyyət çəkən insanlara mənəvi dəstək olmağa və onlar üçün dua etməyə səsləyib.
"İranda türkmənlərin yaşadığı Ağ qala şəhərində sel fəlakəti yaşanıb. Həmin insanlar onsuz da sıxıntı içindədirlər. Müsəlman qardaşlarımız bizdən dua istəyirlər", - çağırışda bildirilib.
Qeyd edək ki, təbii fəlakət Günbedkavus, Ağ Qala, Qaimşəhr kimi şəhərlərdə yüzlərlə evi dağıdıb, infrastrukturu tamamilə məhv edib.