Türkiyədən İngiltərəyə sərt təpki

Baxış sayı:
8803

Türkiyənin Xarici işlər Nazirliyinin sözçüsü Həmid Aksoy FETÖ nümayəndələri Həmdi Akın İpək, Əli Polad, Talib Böyük və Mustafa Yaşılın İngiltərədən Türkiyəyə iadə edilmə tələbinin rədd edilməsi qərarına qarşı təkrarlanan kassasiya tələbinin növbəti dəfə rədd edilməsinin xəyal qırıqlığına səbəb olduğunu deyib.
 
Aksoy İngiltərədə yerləşən FETÖ nümayəndələrinin Türkiyəyə ekstradisiya ilə bağlı prosesin mənfi nəticələnməsi haqqındakı suala yazılı cavab verib.
Həmid Aksoy "Terror təşkilatı FETÖ nümayəndələri Həmdi Akın İpək, Əli Polad, Talib Böyük və Mustafa Yaşılın İngiltərədən ölkəmizə qayıtmalarının rəddinə dair London Westminster Qəza Məhkəməsinin qərarına qarşı yenilənən kassasiya izni tələbimizin bu gün Ali Məhkəmə tərəfindən rədd edilməsi xəyal qırıqlığına səbəb oldu" deyə qeyd edib.
Müxalifət.az