​TÜRKİYƏDƏN İKİNCİ BÖYÜK ƏMƏLİYYAT - “Dəclə Qalxanı" üçün hazır vəziyyətdədir

Türkiyə ordusu PKK-nın İraqın Sincar bölgəsində yaratmaq istədiyi “ikinci Qəndil” planının qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.
Enter.News Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatda minlərlə zirehli texnikadan istifadə olunacaq.
Məlumata görə, İraqda PKK-ya qarşı başlayacaq əməliyyatın adı “Dəclə Qalxanı” olacaq.
Bu, Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatından sonra ikinci böyük əməliyyatı olacaq.