​Türkiyədən gələn avtobus Gürcüstanda yandı

Baxış sayı:
7354

Türkiyənin Antalya şəhərindən Tiflisə gələn sərnişin avtobusu Gürcüstanın Rikoti avtomagistralının dağlıq ərazisində yanıb.
Muxalifet.az xəbər verir ki, avtobus yanaraq yararsız hala düşüb.
Hadisə nəticəsində Rikoti tuneli və Tiflis-Senaki-Leselidze avtomobil magistralı tam bağlanıb.
Avtobusda olan sərnişinlər vaxtında təxliyə olunublar və heç kim xəsarət almayıb.
Yanğın söndürülüb, magistral yolun açılması istiqamətində işlər davam etdirilir.
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.