Türkiyədən Fəratın şərqi ilə bağlı açıqlama

Baxış sayı:
7420

Türkiyənin Prezident sarayından əlaqələr başqanı professor Fahrettin Altun 2015-ci ildən bəri çoxu Suriyanın şimalında planlanan teror hücumlarında 2 mindən çox insanın şəhid olduğunu bildirib.
 
Fahrettin Altun Twitter hesabından, Terror təşkilatı PKK / YPG, İŞİD və FETÖ-nun bir neçə ildə Türkiyədə gerçəkləşdiyi hücumlarının görüntülərindən ibarət bir video paylaşıb.
ABŞ senatoru Lindsey Grahamın Türkiyə ziyareti öncəsi edilən paylaşımda Türkiyənin terrorla mübarizədə qətiyyətinə və haqlılığına diqqət çəkilır.
 
TÜRKİYƏ TERRORUN HƏR NÖVÜ İLƏ MÜBARİZƏ APARIR
 
Son üç ildə PKK / YPG, İŞİD və FETÖ terror təşkilatlarının 100-dən çox ölümcül hücumu ilə üzləşən Türkiyənin hər növ terrora qarşı mübarizə apardığı vurgulanır.
Video terror təşkilatlarının Türkiyədə gerçəkləşdirdiyi hücumların xronologiyasını və görüntüləri ilə birlikdə həyatını itirənlərin və yaralananların bilgilərini özündə ehtiva edir.
 
YOLUMUZDAN DÖNMƏYƏCƏYİK
 
2015-ci ildən bəri 2 mindən çox insanı şəhid etdiyini bildirən Altun, terror təşkilatlarının bu teror hücumlarının çoxunu Suriyanın şimalında planlaşdığına diqqət çəkib.
 
Altun, "Millətimiz bu hücumlardan çox zərər çəkdi. Ədalət yerini tapana qədər yolumuzdan dönməyəcəyik. Sərhədimizin yaxınlığındakı terror bataqlığını qurutmadan durmayacağıq" deyib.
Müxalifət.az