​Türkiyədən Fransaya sərt ismarıc: Bunu etsəniz...

Baxış sayı:
1054

Fransa və ya digər bir ölkənin “Zeytun budağı” əməliyyatı ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırması terrorizmə açıq dəstək olaraq qəbul ediləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Fransanın bizim yanımızda olmasını istəyirik. Bu bölgəni terrorçulardan təmizləyəcəyik. Reyhanlıya hücum onların son çırpınışlarıdır. Yəni üzərimizdə belə bir təhlükənin olduğu halda, heç kim səssiz dayanmağımızı gözləməsin”, - XİN rəhbəri bildirib.
Qeyd edək ki, Fransa XİN rəhbəri Jan Yves Le Drian BMT TŞ-nin “Zeytun budağı” əməliyyatı ilə bağlı təcili toplanmasını istəyib.