​Türkiyədən Fransaya: Quran qiyamətə qədər qorunacaq

Baxış sayı:
4327

Qurani-Kərim qiyamətə qədər qorunacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Fransada Qurani-Kərimdən bəzi ayələrin çıxarılması ilə bağlı başladılan kampaniyaya münasibət bildirərkən yazıb.
“Qurani-Kərim heç kimin yazı-pozu taxtası deyil. Vəhy olunduğu kimi qiyamətə qədər qorunacaq. Anti-semintizm Avropada ortaya çıxan bir nifrət ideologiyasıdır. Bu problemi həll etmək istəyən qərblilər öz mənbələrini yoxlasınlar. Modern dövrdə cəhalət və gerilik ancaq bu qədər ola bilər”, - deyə Qalın bildirib.
Qeyd edək ki, Fransada keçmiş prezident Nikola Sarkozinin də olduğu 300-ə yaxın siyasətçi və yazardan ibarət qrup müqəddəs Qurani-Kərim kitabında bəzi ayələrin guya "zorakılığı və yəhudi düşmənçiliyini" təbliğ etməsi səbəbindən çıxarılması kampaniyası başladıb.