Türkiyədən Fransaya qondarma soyqırım etirazı

Baxış sayı:
8989

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar fransalı həmkarı Florens Perli ilə telefon söhbəti aparıb. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət zamanı Suriyadakı son siyasi proseslər və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Akar danışıq zamanı Fransanın 24 aprel qondarma erməni soyqırımı ilə bağlı qərarından dolayı da narahatlığını ifadə edib. Qeyd edək ki, Fransa Prezident Emmanuel Makron 24 aprel tarixinin qondarma erməni soyqırımını anma günü kimi elan edib və bu barədə fərman imzalayıb.