Türkiyədən Ermənistana keçən 4 nəfər saxlanıldı - VİDEO

Baxış sayı:
12151

Ötən gecə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı Sərhəd İdarəsinin əməkdaşları Türkiyə - Ermənistan sərhədini pozan şəxsləri saxlayıb.
Oktyabrın 15-dən 16-na keçən gecə sərhəd pozucuları Araz çayı sahilində ərazini müşahidə etdikdən sonra Ermənistan tərəfə keçməyə çalışıblar. Lakin bu vaxt rus sərhədçilər onları saxlayıb.
İlkin məlumatlara görə, saxlanılan 4 nəfər Cənubi Asiyadandır. Qanunvericiliklə müəyyən edilmiş qaydada, sərhəd pozucuları Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək./AzVision/