Türkiyədən düşmənlərə güc nümayişi: Nəhəng hərbi təlim keçiriləcək

Baxış sayı:
5695

Türk Silahlı Qüvvələri dənizlərdə nəhəng bir təlimə hazırlaşır. Donanmanın indiyə qədərki ən böyük müharibə məşqi olması gözlənilən təlimə “Mavi Vətən” adı verilib. Yunanıstan və Cənubi Kipr Yunan rəhbərliyinin işğal cəhdlərinə qarşı milli müdafiə naziri Hulusi Akar Türkiyənin dənizlərdəki suverenlik sahələrinə 462 min kilometrlik “mavi vətən” sözləri işarə etmişdi. 27 fevral-3 mart tarixləri arasında keçiriləcək “Mavi Vətən” hərbi təlimi, Dəniz Qüvvələri Komandanlığının bütün ünsürləri ilə yanaşı, Hava və Quru Qüvvələrindən bəzi birliklərin də iştirakı ilə icra ediləcək. Milli döyüş sistemlərinin intensiv olaraq istifadə ediləcəyi “Mavi Vətən-2019” hava təlimində, Türk Donanması ilə Quru və Hava Qüvvələrinin mümkün hərbi ssenariləri üzərində çəkindirici gücü nümayiş etdiriləcək. Təlimin Egey dənizi, Şərqi Aralıq dənizində Yunanıstan və Yunan Kipri tərəfindən sözdə mübahisəli göstərilən meydançaları da əhatə edəcək şəkildə Türk şelfində keçirilməsi gözlənilir. ƏN DƏQİQ XƏBƏRDARLIQ “Mavi Vətən-2019”, eyni zamanda Aralıq dənizində bir müddətdir ki, təlim keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kiprə qarşı da gövdə nümayişi mənası daşıyır. Türkiyənin həm sərhəd içində, həm də Suriya və İraqdakı əməliyyatlarını fürsət bilərək Şərqi Aralıq dənizində “oldu-bitdi” cəhdlərinə yönələn Yunanıstan və Yunan Kiprinin “Mavi Vətən”i diqqətlə izləməsi gözlənilir. Təlimlə yanaşı, TSQ 462 min kvadrat kilometrlik dəniz sahələrində suverenliyini möhkəmləndirəcək və işğal xəritələri hazırlayanlara dəqiq bir xəbərdarlıq etmiş olacaq. Müxalifət.az