Türkiyədən çağırış: “QÜDS ORDUSU YARADILSIN”

Baxış sayı:
5140

ABŞ səfirliyinin Qüdsə köçməsi ilə başlayan İsrail qətliamı davam edərkən, təqaüddə olan kəşfiyyat polkovniki Coşqun Başbuğ kritik bir təkliflə çıxış edib. Türkiyənin sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabahkı sammiti öncəsində təhlükəsizlik mütəxəssisi, təqaüddə olan kəşfiyyat polkovniki Coşqun Başbuğ kritik bir təkliflə çıxış edib. TÜRKİYƏNİN İƏT-ə SƏDRLİYİ ŞANSDIR “Qüdsdə qan gövdəni aparır. Bunun dayanacağını heç kəs gözləməsin, İsrailin hücumları daha da artacaq "deyən Başbuğ, “Bu qanı dayandırmaq üçün hərbi həll lazımdır. İslam ölkələri Türkiyə rəhbərliyi ilə bir araya gəlib İslam Ordusu yarada bilər. Son dövrdə baş verənlərdən sonra bu təklif çox asanlıqla həllini tapa bilər. NATO üslubunda yaradılacaq bu ordunun ilk birliyi də Qüdsə yerləşdirilə bilər" deyib. Belə bir hərbi birliyin Qüdsə yerləşməsinin İsrail üçün çəkindirici olacağını ifadə edən Başbuğ, "Bu struktur oraya yerləşdiyi zaman İsrail hücumları bu qədər asan olmayacaq, çünki qarşısında çəkindirici hərbi güc dayanacaq. Meydan belə boş qalmağa davam edərsə, İsrail tezliklə Qüdsün hamısını alacaq. Bu hücumları da yekun hədəfə çatana qədər davam etdirəcək" deyə, söyləyib. Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına sədrlik etməsinin də belə bir sistemin önünün açılması üçün böyük şans olduğunu ifadə edən Başbuğ, "Hazırda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn ayrı havadadırlar. Ona görə bu qurumun ayaqda qalan yeganə əsas daşı Türkiyədir. Türkiyə hər zaman sinəsini sipər edir. Siyasi və hərbi həlli müzakirə edən ölkə Türkiyədir. Bu yükü İslam dünyası Türkiyədən almalıdır" deyib. İRAN DA YER ALA BİLƏR Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn kimi ölkələrin İslam Ordusu içərisində yer almayacağını ifadə edən Başbuğ, "Amma İslam dünyası yalnız bu 3 ölkədən ibarət deyil. İran da bu işin içinə daxil edilə bilər. Çünki İran da bu an hədəf taxtasına oturdulmuş vəziyyətdədir" deyib. ÇIXILMAZ DAİRƏ QIRILMALIDIR Qurulacaq ordunun NATO-dakı kimi, hər hansı bir üzv ölkəyə hücum edildikdə bunun bütün üzvlərə edilmiş sayılacaq bir quruluşda olduğunu deyən Başbuğ, belə davam edib: “Əgər İslam Ordusu qurulmasına gedilsə, İsraildən gələn bu həyasız davranış sona çatacaq, heç olmasa, tormozlanacaq. Sabahkı İƏT iclasında inşallah, Türkiyə rəhbərliyi bu məsələni gündəmə gətirər. Bəlkə bu məsələ daha əvvəl gündəmə gəlsəydi o qədər də isti qarşılanmaya bilərdi, amma indi baş verənlər ortadadır. Qan gövdə aparır və bu hücumlar bitməyəcək. Məzəmmət və çağırışlar yalnız kağız üzərində qalacaq. Bölgə xalqı itirəcək, bu sahədə böyük əmək sərf edən Türkiyə tək qalacaq. Çıxılmaz dairəni qırmaq üçün ediləcək ən önəmli həmlə budur. Yeni “Səlib yürüşü” günlərinə geri qayıdacağıq. Buna görə də, o günlərə hazırlıqlı olmaq üçün ordunun dərhal yaradılması şərtdir". Müxalifət.az