​Türkiyədən bəyanat: Masadan qalxmaq niyyətimiz yoxdur!

Baxış sayı:
2521

Yaxın Şərqdə İŞİD nədirsə, Avropada da radikal sağ qruplar odur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
“Almaniyada Türkiyə, İslam düşmənçiliyi yayılır. Sonra da deyirlər ki, nə üçün radikal sağçılar çoxalır”, - deyə sözçü bildirib.
O eyni zamanda əlavə edib ki, Almaniya ilə yaşanan problemlərə baxmayaraq, Türkiyə diplomatik masadan qalxmaq niyyətində deyil.