​Türkiyədən bu ölkədəki hərbi çevrilişə - Sərt reaksiya

Baxış sayı:
12433

Türkiyə Xarici İşlər Nazirliyi Qabonda dövlət çevrilişinə cəhdi qınayıb.
Muxalifet.az xəbər verir ki, XİN-nin yaydığı məlumatda Ankaranın seçki yolu ilə hakimiyyətə gələn iqtidarın qeyri-qanuni yollarla dəyişdirilməsinə qarşı olduğu vurğulanıb.
XİN hərbi çevrilişlə hakimiyyətə gəlmək üçün edilən bütün təşəbbüsləri pislədiyini bəyan edib.
Qeyd edək ki, Afrika ölkəsi Qabonda hərbi çevrilişə cəhd edilib. Qiyamçılar həbs edilib.