Türkiyədən BMT Təhlükəsizlik Şurasında islahat çağırışı

Baxış sayı:
1267

Türkiyənin Birləşmiş Millətlər (BMT) Daimi Nümayəndəsi Firudin Sinirlioğlu, BMT Təhlükəsizlik Şurasında keçirilən "Beynəlxalq Sülh və Təhlükəsizliyin Qorunması" başlıqlı toplantıda Təhlükəsizlik Şurasına müraciət edib.
 
Tək tərəfliliyin olması ortaq dəyərlərdən, istisnacılığın da birgə məsuliyyətlərdən qopmaq mənasına gəldiyini bildirən Sinirlioğlu, "Çox tərəfliliyin olması yeni bir çağıdır, ancaq burada, BMT Baş Katibliyində başlaya bilər. BMT sistemi daha həssas, təsirli, səmərəli və təkrar yol göstərici ola bilər" deyib.
Sinirlioğlu, prioritetlərin yenidən müəyyənləşdirilməsi lazım olduğunu söyləyib.
İlk olaraq BMT Təhlükəsizlik Şurasını daha keçirici, demokratik, təmsilçi və məsuliyyətli bir orqan olacaq şəkildə islahatlar aparmalıyıq" deyən Sinirlioğlu, BMT sisteminin qarşıdurma və böhranların qarşısını almaqda daha təsirli olmasının lazım olduğunu vurğulayıb.
Yerli hüquqi normaların, BMT sistemi daxilində kollektiv səylərin nüvəsi olduğunu dilə gətirən Sinirlioğlu, "Məhəlli idarələr, vətəndaş cəmiyyəti və özəl sektor ilə uğurlu tərəfdaşlıq, mənbələrin təsirli bir şəkildə səfərbər edilməsinin açar ünsürüdür" deyə bildirib.
Müxalifət.az