Türkiyədən Avropanın sanksiya hədəsinə cavab

Baxış sayı:
7852

Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Şərqi Aralıq dənizi mövzusunda Avropa Birliyinin Türkiyəyə yönəlik addımlar atdığı təqdirdə, cavab veriləcəyini və Türkiyənin Kiprdə fəaliyyətlərini artıracağını söyləyib.
 
Çavuşoğlu "Gözləntimiz son dərəcə dəqiqdir. Kipr Türk tərəfinin haqları zəmanət altına alınsın. Bizə yönəlik addımları tərs təpəcək. Bizə yönəlik bir addım olsa, bunun cavabını verərik, Kiprdəki fəaliyyətlərimizi daha da artırarıq. Bizim təklifimiz, Kipr Türklərinin təklifi son dərəcə sadədir. Adanın ətrafındakı enerji qaynaqlarında Kipr Türklərinin haqqı var, bu haqq zəmanət altına alınmalıdır" deyib.
Müxalifət.az