Türkiyədən AŞPA-nın hədsiz ÇAĞIRIŞINA SƏRT CAVAB

Baxış sayı:
2581

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komissiyasının 24 iyun seçkilərinin təxirə salınmasını ehtiva edən açıqlaması haqqında, "PYD lideri Saleh Müslümə çıxış etmək imkanı verən bu anlayışın ölkəmizə demokratiya dərsi verməyə haqqı və səlahiyyəti yoxdur" deyib.
 
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy, AŞPA Nəzarət Komissiyasının 24 iyun seçkiləri ilə bağlı açıqlaması haqqındakı bir suala yazılı cavab verib. AŞPA-nın seçkilərin təxirə salınmasını tövsiyə edərək, uğursuz bir bəyanat verdiyini deyən Aksoy, AŞPA Nəzarət Komissiyasının siyasi xarakter daşıyan bu açıqlamasının ən əsas suverenlik və demokratiya prinsiplərinə zidd olduğunu, Türk millətinin iradəsini əks etdirən Böyük Millət Məclisinin qərarlarını qulaqardına vurduğunu deyib.
Fövqəladə vəziyyət tətbiqinin plüralist və həqiqi mənada demokratik seçkilərin keçirilməsinə maneə təşkil etmədiyini bildirən Aksoy, "Bir Çox ölkədə fövqəladə vəziyyət şəraitində seçki keçirilmişdir. Bunun son nümunələrindən birini, 2017-ci ildə Fransada keçirilən seçkilər təşkil edir. Türkiyədə keçirilən bütün seçkilərin də demokratik, azad, ədalətli və şəffaf olduğu beynəlxalq monitorinq hesabatları ilə təsdiq edilmişdir. Türkiyə söz mövzusu olduğunda ağıl tutulması yaşayan dairələrin bu cür qərəzli şərhləri, Türkiyəyə qarşı ikili standartlı anlayışın üzüntü verici yeni bir nümunəsidir" deyə, qeyd edib.
AŞPA çətiri altında, terrorla əməkdaşlıq edərək PKK terror təşkilatının Suriya davamı olan PYD lideri Saleh Müslümə çıxış etmək imkanı verən bu anlayışın Türkiyəyə demokratiya dərsi verməyə hüququnun olmadığını qeyd edən Aysoy, "Nəticədə ölkəmizdə seçkilərin nə vaxt keçiriləcəyinə xalqımızın iradəsi ilə seçilən Məclisimiz qərar verir" - deyib.
Müxalifət.az